İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib

13 mart 2024, 14:22
İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin  həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

Görüşdə Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa İdarə Heyətinin üzvlərini qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Vayra Vike-Freyberqa İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edərək vurğuladı ki, bu, Azərbaycan xalqının dövlətimizin başçısına böyük inam və etimadının təzahürüdür. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, həmçinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və ölkəmizin COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırdı, bunun Azərbaycan üçün çox böyük nailiyyət olduğunu dedi. O qeyd etdi ki, bu, Azərbaycanın dünyada yaşıl enerji sahəsində də qlobal liderliyinin təcəssümüdür.

Vayra Vike-Freyberqa artıq XI Qlobal Bakı Forumunun Azərbaycanda keçirildiyini deyərək builki forumun iştirakçıları arasında keçmiş dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin, müxtəlif ölkə, beynəlxalq təşkilat, özəl və vətəndaş cəmiyyəti sektorlarının nümayəndələrinin, digər rəsmilərin, ümumilikdə 350-dən çox qonağın olduğunu diqqətə çatdırdı. O, bu forumda qlobal gündəlikdə duran siyasi, təhlükəsizlik, iqtisadi, maliyyə və digər məsələlərin müzakirə olunacağını, həll yolları ilə bağlı tövsiyələrin veriləcəyini qeyd etdi.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin öz növbəsində Azərbaycana təbriklərini çatdırdı və XI Qlobal Bakı Forumunun yeni uğurlara imza atacağına ümidvar olduğunu bildirdi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin də COP29-a sədrlik və bu sessiyaya ev sahibliyi prosesində Azərbaycana öz dəstəyini verməyə hazır olduğunu dedi, Mərkəzdə COP prosesində iştirak etmiş çoxsaylı mütəxəssislərin olduğunu vurğuladı.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi, forumun işinə uğurlar arzuladı. Azərbaycan Prezidenti XI Qlobal Bakı Forumunun da beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından mühüm platforma olduğunu qeyd etdi. Hazırda Azərbaycanın bu tədbirin nəticəyönümlü olması istiqamətində həm mahiyyət, həm də təşkilati nöqteyi-nəzərdən hazırlanması baxımından bütün lazımi tədbirləri həyata keçirdiyini diqqətə çatdırdı. Azərbaycanın qazıntı yanacağı ixrac edən ölkə olması ilə bərabər, yaşıl keçid istiqamətində də çox vacib layihələri icra etdiyini dedi. Prezident İlham Əliyev vurğuladı ki, beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycana olan böyük etimadın təzahürüdür. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyini uğurla başa çatdırdığını xatırladan dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanın bu Hərəkata sədrliyi, müxtəlif beynəlxalq təşkilatlarda fəal rolu və təmsilçiliyi COP29-a sədrliyin də uğurla başa çatdırılması üçün əlverişli imkanlar yaradır. Prezident İlham Əliyev Azərbaycanın bu tədbirə ev sahibliyi edərək qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə prosesinə və milli səviyyədə olan uğurlu addımları ilə yaşıl keçid prosesinə töhfə vermək əzminin və niyyətinin olduğunu qeyd etdi. Hazırda qlobal istiliyin 1,5 dərəcədən çox artmasının qarşısının alınmasının və ya bu çərçivədə saxlanılması üzrə bütün səylərin səfərbər olunmasının vacibliyini qeyd edən Azərbaycan Prezidenti COP29-un xüsusilə iqlim maliyyələşdirilməsi mövzusuna həsr olunduğunu nəzərə alaraq, ölkəmizin bu istiqamətdə bütün beynəlxalq səyləri səfərbər edəcəyini dedi, hazırda Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə birlikdə COP29 çərçivəsində “üçlük” formatında ardıcıl işlər apardığını bildirdi. Dövlətimizin başçısı Xəzər və Qara dənizi birləşdirən yaşıl enerji dəhlizinin yaradılması layihəsindən danışdı.

Görüşdə qlobal və regional gündəlikdə duran məsələlər, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi ətrafında fikir mübadiləsi aparıldı, ölkəmizin regional sülh gündəliyini dəstəklədiyi qeyd edildi. Prezident İlham Əliyev sülh gündəliyinin əsasını təşkil edən fundamental prinsiplərin və sülh müqaviləsinin layihəsinin də məhz Azərbaycan tərəfindən hazırlanaraq təqdim olunduğunu və ölkəmizin Cənubi Qafqaz regionunda sülh gündəliyini yaxından dəstəklədiyini diqqətə çatdırdı.

Söhbət zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri qeyd edildi. Qonaqların özləri də həmin ərazilərimizə dəfələrlə səfər etdiklərini deyərək, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin nümunəvi xarakter daşıdığını və onlarda zəngin təəssürat yaratdığını dedilər.

Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid bir geosiyasi məkan olaraq siyasi, iqtisadi, nəqliyyat, logistika və digər sahələrdə dinamik surətdə inkişaf edən əməkdaşlığı nümunə kimi qiymətləndirildi. Orta Dəhlizin əhəmiyyətinə toxunularaq, bu xüsusda Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə birgə həyata keçirdiyi layihələrin önəmi qeyd edildi, ölkəmizin Avropanın, xüsusən də Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyinə töhfəsi vurğulandı. Görüşdə Azərbaycanın Avropa ölkələrinə qaz ixracı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:30
“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...

16 noyabr 2026, 13:30
SƏNƏDLƏR Sərəncamlar 16 noyabr 2026
13:28
2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə ...

16 noyabr 2026, 13:28
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:25
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində idarəetmə və n...

16 noyabr 2026, 13:25
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:21
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nömrəli Qanununun tətbiqi və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nöm...

16 noyabr 2026, 13:21
SƏNƏDLƏR Qanunlar 16 noyabr 2026
13:20
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Top...

16 noyabr 2026, 13:20
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
12:09
“Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı...

16 noyabr 2026, 12:09
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
12:06
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD n...

16 noyabr 2026, 12:06
SƏNƏDLƏR Qanunlar 16 noyabr 2026
12:05
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunv...

16 noyabr 2026, 12:05