21:41

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:
- Hörmətli Dmitri Anatolyeviç!
Hörmətli qonaqlar!
Sizi Azərbaycanda bir daha ürəkdən salamlamaq istəyirəm. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk.
Əminəm ki, bu səfərin çox yaxşı nəticələri olacaqdır. Biz dünən də, bu gün də münasibətlərimizin çox geniş əhatə dairəsi barədə Sizinlə hərtərəfli fikir mübadiləsi apardıq, ikitərəfli xarakter daşıyan bütün məsələləri, regional problemləri ətraflı nəzərdən keçirdik.
Görürəm, Siz bir daha yəqin etdiniz ki, münasibətlərimiz təkcə ölkələrimiz üçün deyil, həm də regionda cərəyan edən proseslər üçün vacibdir.
Mən çox şadam ki, Sizinlə bərabər bu cür nüfuzlu nümayəndə heyəti – Rusiya Federasiyasının müxtəlif səviyyəli rəhbərləri gəlmişdir. Bu, həm də Sizin münasibətlərimizə verdiyiniz qiymətin göstəricisidir.
Bu münasibətlər bizim üçün çox əhəmiyyətli, çox qiymətlidir. Bu, strateji tərəfdaşlıq münasibətləri, dostlar arasında münasibətlərdir. Əminəm ki, bu səfərin çox yaxşı nəticələri olacaq, imzalayacağımız sənədlər isə münasibətlərimizin daha da inkişaf etməsi üçün çox möhkəm baza yaradacaqdır.
Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Xoş gəlmisiniz.
X X X
Rusiya Prezidenti Dmitri MEDVEDEV səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi:
- Bir daha sağ olun, hörmətli İlham Heydər oğlu, hörmətli azərbaycanlı həmkarlar.
Həqiqətən, biz sizinlə məhdud tərkibdə çox geniş fikir mübadiləsi apardıq. Bu, çox faydalı oldu.
Qeyd etmək istərdim ki, bu yeni məkan danışıqlar aparılması üçün çox rahat, çox münasibdir. Belə ki, Azərbaycan tərəfi danışıqların səmərəli keçməsi üçün hər cür şərait yaratmış və bunu çox gözəl etmişdir.
Mənə belə gəlir ki, ənənəyə görə bizim hökumətlərarası komissiyaların məşğul olduğu bəzi iqtisadi məsələləri indi geniş tərkibdə müzakirə etmək olar, həmin komissiyaların rəhbərləri buradadırlar.
Regional təhlükəsizliyin təmin edilməsi məsələləri ilə yanaşı, əməkdaşlığımızın iqtisadi komponentinə daha artıq diqqət yetirmək olar. Keçən il, böhranla əlaqədar, bizim ticarət dövriyyəsi üçün o qədər də sadə il olmamışdır – ticarət dövriyyəsi azalmışdır.
Bu il müsbət meyillər var, lakin əlbəttə, həmin meyilləri möhkəmlətmək üçün biz lazım olan hər işi görməliyik. Yeni layihələrə başlamaq, yeni təmas nöqtələri tapmaq barədə fikirləşməliyik. Yeri gəlmişkən, Sizinlə təkbətək görüş zamanı biz bəzi ideyaları müzakirə etdik. Zənnimcə, indi həmin ideyaları həmkarlarımızla da bölüşmək olar.
Bir daha çox sağ olun.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sənaye parklarında bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının artırılması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının...
07 may 2025, 15:43Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi...
07 may 2025, 15:41Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası...
07 may 2025, 15:39Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibə verib.
-2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycan...
06 may 2025, 18:40Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun...
06 may 2025, 16:06