“Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının tərkibi və Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanında və “Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanının təsvirlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 may tarixli 892 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

01 noyabr 2012, 20:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, texnika və memarlıq sahələrində ən yaxşı əsərləri qiymətləndirmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının tərkibi və Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 76) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə “Elm,” sözündən sonra “texnika, memarlıq,” sözləri əlavə edilsin;
1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının tərkibi”ndə:
1.2.1. Komissiyanın adında “Elm,” sözündən sonra “texnika, memarlıq,” sözləri əlavə edilsin;
1.2.2. “Komissiyanın üzvləri” bölməsində “Respublikası Nazirlər Kabinetinin Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər” sözləri “Respublikasının Nazirlər Kabineti Aparatının Humanitar məsələlər” sözləri ilə əvəz edilsin;
1.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi”ndə:
1.3.1. Əsasnamənin adında “Elm,” sözündən sonra “texnika, memarlıq,” sözləri əlavə edilsin;
1.3.2. 1-ci hissədə “Elm,” sözündən sonra “texnika, memarlıq,” sözləri əlavə edilsin, “elm, mədəniyyət və ədəbiyyat sahələrində ən yaxşı əsərləri” sözləri “elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat sahələrində ən dəyərli əsərləri (işləri, layihələri)” sözləri ilə əvəz edilsin;
1.3.3. 4.1-ci bənddə “elm,” sözündən sonra “texnika, memarlıq,” sözləri əlavə edilsin;
1.3.4. 7-ci hissədə “Elm, mədəniyyət və ədəbiyyat üzrə 3 (üç)” sözləri “Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 5 (beş)” sözləri ilə əvəz edilsin;
1.3.5. 8-ci hissədə “elmin,” sözündən sonra “texnikanın, memarlığın,” sözləri əlavə edilsin, “təşkil edən” sözləri “verən” sözü ilə əvəz edilsin;
1.3.6. 9-cu hissədən “(işlər)” sözü çıxarılsın, “oluna bilər” sözləri “olunur” sözü ilə əvəz edilsin;
1.3.7. 10-cu hissədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin;
1.3.8. 16-cı hissədə:
1.3.8.1. birinci abzasda “Elm” sözündən sonra “, texnika, memarlıq” sözləri əlavə edilsin;
1.3.8.2. ikinci abzasda “İncəsənət” sözü “Mədəniyyət” sözü ilə, “oluna bilər” sözləri “olunur” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 may tarixli 892 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 416) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomunun təsviri”nə əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı diplomunun dördüncü səhifəsinin eskizində “Elm,” sözündən sonra “texnika, memarlıq,” sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 noyabr 2012-ci il.

SƏNƏDLƏR Fərmanlar 18 noyabr 2026
14:24
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...

18 noyabr 2026, 14:24
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:46
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:               

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...

17 noyabr 2026, 15:46
SƏNƏDLƏR Fərmanlar 17 noyabr 2026
15:44
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...

17 noyabr 2026, 15:44
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:43
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:                                               

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...

17 noyabr 2026, 15:43
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:41
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                              

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ...

17 noyabr 2026, 15:41
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:40
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                                          

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış ...

17 noyabr 2026, 15:40
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:30
“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...

16 noyabr 2026, 13:30