Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanını “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 331-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 158; 2001, № 10, maddə 640, № 12, maddə 755; 2003, № 10, maddə 546; 2004, № 2, maddə 69; 2006, № 8, maddə 660; 2007, № 11, maddə 1110; 2008, № 3, maddə 174, № 6, maddə 498; 2010, № 7, maddə 610) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Səkkizinci bənddən “70-ci maddəsinin 3-cü və 5-ci bəndlərində,” sözləri çıxarılsın.
2. On üçüncü bənddən “, 70-ci maddəsinin 6-cı bəndində” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 noyabr 2012-ci il.