19:56

Prezident İlham Əliyev Rusiya Federasiyasının Qaraçay-Çərkəs Respublikasının başçısı Rəşid Təmrəzovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı Qaraçay-Çərkəs Respublikasının başçısı Rəşid Təmrəzovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi. Bakıda keçiriləcək birgə biznes forumun önəmini qeyd edən Prezident İlham Əliyev əlaqələrimizi bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə daha da möhkəmləndirməyin və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanları müəyyənləşdirməyin zəruriliyini vurğuladı. Ölkəmiz ilə Rusiyanın ayrı-ayrı subyektləri arasında əlaqələrin Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin daha da dərinləşdirilməsi baxımından əhəmiyyətini qeyd edən dövlətimizin başçısı Rusiya Federasiyasının Qaraçay-Çərkəs Respublikasının başçısı Rəşid Təmrəzovun ölkəmizə səfərinin fəal qarşılıqlı əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyini dedi.
Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Rusiya Federasiyasının Qaraçay-Çərkəs Respublikasının başçısı Rəşid Təmrəzov paytaxtda gedən böyük inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını dedi. Bakıda keçirilən birgə biznes forumun əhəmiyyətini qeyd edən Rəşid Təmrəzov forumun əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Bu yubiley tarixini qeyd edən...
03 may 2025, 16:20Hörmətli cənab Prezident,
Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikası ilə Polşa...
03 may 2025, 11:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi...
02 may 2025, 16:31Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:
Kamran Bayram oğlu Əliyev Azərbaycan...
01 may 2025, 16:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İlham Ata oğlu Mirzəliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin...
01 may 2025, 16:27PDF yükləyin
01 may 2025, 16:17PDF yükləyin
01 may 2025, 16:15Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”...
01 may 2025, 16:13Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı...
01 may 2025, 13:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...
30 aprel 2025, 16:53