Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətini sədri Anar Həsənov və İdarə Heyətinin icraçı üzvü Tobias Baumanndan

27 fevral 2024, 09:39

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə alman iqtisadiyyatının Azərbaycandakı rəsmi nümayəndəliyi olan Alman-Azərbaycan Xarici Ticarət Palatası adından təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan Cənubi Qafqaz regionunda enerji və ticarət baxımından Almaniyanın ən mühüm tərəfdaşıdır. Alman şirkətləri xarici əlaqələrdə sabitliyi, strateji uzaqgörənliyi və etibarlılığı yüksək qiymətləndirirlər. Alman Ticarət Palatası və onun üzv şirkətləri Azərbaycan hökumətinin apardığı islahatlar siyasətini dəstəkləyir və bununla bağlı öz töhfələrini təklif edirlər.

Biz öz təcrübəmiz və texniki imkanlarımızla Qarabağ bölgəsinin yenidən qurulması ilə bağlı Azərbaycan hökumətinin təşəbbüslərini dəstəkləməyə hazırıq. Biz qəti şəkildə inanırıq ki, ölkələrimiz arasında sıx əməkdaşlıq sayəsində regionun davamlı və uğurlu bərpası istiqamətində mühüm irəliləyiş əldə oluna bilər.

Yeni səlahiyyət müddətinizdə Sizə və Azərbaycan hökumətinə uğurlar arzulayırıq.

Hörmətlə,

 

Anar Həsənov

Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətini sədri,

 

Tobias Baumann

Palatanın İdarə Heyətinin icraçı üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55