Tailandın Kralı Maha Vaçiralonqkorndan

23 fevral 2024, 17:35

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və fəaliyyətə başlamağınız münasibətilə Tailand xalqı adından Sizə ən səmimi təbriklərimizi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik,
ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və rifah diləyirəm.

Seçkilərdə inamlı qələbəniz Sizin rəhbərliyinizə və siyasətinizə xalqınızın etimadının bariz təsdiqidir. Biz ölkələrimiz arasında dostluq münasibətlərini və sıx əməkdaşlığı yüksək qiymətləndiririk. Əminəm ki, Zati-alinizin dəstəyi ilə qarşıdakı illərdə Tailand-Azərbaycan dostluq münasibətləri və əməkdaşlığı daha da möhkəmlənəcəkdir.

Hörmətlə,

 

Maha Vaçiralonqkorn

Tailandın Kralı

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55