Sloveniya Respublikasının Lyublyana şəhərinin meri Zoran Yankoviçdən

23 fevral 2024, 16:45

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Prezident seçkilərində qələbəniz münasibətilə Sizə öz adımdan və Lyublyana şəhərinin rəhbərliyi adından səmimi təbriklərimizi çatdırıram.

Xalqın etimadını və inamını qazanaraq əldə etdiyiniz qələbə Sizin fədakarlığınızın, uğurlu liderliyinizin və Azərbaycan Respublikasının gələcəyi ilə bağlı baxışınızın göstəricisidir. Əminəm ki, Sizin növbəti səlahiyyət müddətiniz də rifah, nailiyyətlər və xalqın arzularının reallaşdırılması ilə əlamətdar olacaq. İnanırıq ki, bu yeni müddətdə də müdriklik və xeyirxahlıq Sizin fəaliyyətinizin əsas qayəsi olacaq.

Azərbaycan Respublikasının vətəndaşları ilə birlikdə mən də Sizin rəhbərliyinizlə əldə ediləcək bütün nailiyyətləri və gələcək inkişafı səbirsizliklə gözləyirəm. Odlar Yurdunda alovun heç vaxt sönməməsini arzulayıram.

Sizə uğurlar diləyirəm.

İstənilən zaman Lyublyana şəhərinə dəvətlisiniz.

Hörmətlə,

 

Zoran Yankoviç

Sloveniya Respublikasının Lyublyana şəhərinin meri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55