Yaponiya parlamenti Nümayəndələr Palatasının üzvü, Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının sədri Akira Amaridən

21 fevral 2024, 19:26

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqası adından səmimi təbriklərimi çatdırıram.

Diplomatik münasibətlərinin qurulmasının 32-ci ildönümünü qeyd edən ölkələrimizin dostluq və tərəfdaşlıq əlaqələrinin Zati-alinizin dəstəyi ilə daha da möhkəmlənəcəyinə əminəm.

Ölkələrimizin parlamentlərarası münasibətləri davamlı şəkildə inkişaf edir. 1998-ci ildə əsası qoyulmuş Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının keçən il 25-ci ildönümü qeyd edilmişdir. Dostluq Liqasının əsası qoyulduğu gündən sədr olaraq ölkələrimizin əlaqələrinin inkişafı üçün səylərimi əsirgəməmişəm. Keçən il ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında xüsusi xidmətlərimə görə Zati-alinizin məni “Dostluq” ordeni ilə təltif etməsi şəxsim üçün çox böyük şərəfdir. Azərbaycan-Yaponiya dostluq münasibətlərinin inkişafı üçün bundan sonra da var gücümlə çalışacağam.

Zati-alinizə cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edir, Sizinlə görüşə biləcəyimiz günü səbirsizliklə gözləyirəm.

Hörmətlə,

 

Akira Amari

Yaponiya parlamenti Nümayəndələr Palatasının üzvü, Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının sədri

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20
SƏNƏDLƏR Fərmanlar 22 may 2025
15:52
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli...

22 may 2025, 15:52