XXVII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına

21 fevral 2024, 18:05

Hörmətli Zirvə Toplantısının iştirakçıları,

Sizi “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVII Avrasiya İqtisadi Zirvə Toplantısının açılışı münasibətilə ürəkdən salamlayıram.

Xoş ənənəyə çevrilmiş Avrasiya İqtisadi Zirvə Toplantısı dövlət xadimləri, tanınmış siyasətçilər və iş adamlarının bir araya toplandığı, regionumuzda və qlobal miqyasda cərəyan edən proseslər ətrafında fikir mübadiləsinin aparıldığı, hazırkı mürəkkəb böhranların aradan qaldırılması yollarının müzakirə edildiyi mötəbər platformadır.

Sürətlə transformasiyaya məruz qalan müasir dünyada ənənəvi təhdidlərlə yanaşı bəşəriyyəti narahat edən yeni çağırışların və təhlükələrin meydana gəlməsi regional və qlobal problemlərin həlli istiqamətində yeni yanaşmaların formalaşdırılmasını labüd edir. Bu baxımdan Zirvə Toplantısının hər il olduğu kimi builki gündəliyi, o cümlədən iqlim böhranı, ətraf mühit və enerji məsələlərinə həsr olunmuş sessiyası xüsusi aktuallıq kəsb edir.

Hazırda hökm sürən iqlim dəyişmələri planetimizi təhdid edən başlıca problemlər sırasında yer almaqdadır. İqlim dəyişmələrinin təsirləri artıq həyatın bütün sahələrində özünü büruzə verir. Azərbaycan iqlim dəyişmələri ilə mübarizə məsələlərinə böyük diqqət ayırır, onun mənfi fəsadlarının azaldılması üçün birgə fəaliyyətin təmin olunması istiqamətində səylər göstərir. Təsadüfi deyil ki, dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bütün ölkələrin yekdil qərarı ilə 2024-cü ildə məhz Azərbaycanda keçiriləcəkdir.

Bununla yanaşı, Azərbaycan Avrasiya regionunda dinamik inkişafı ilə səciyyələnən tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə böyük önəm verir. Azərbaycan inkişaf etmiş nəqliyyat-logistika infrastrukturuna malik etibarlı tranzit ölkə olaraq Avrasiyada regional əməkdaşlığın irəlilədilməsi, iqtisadi tərəqqinin təşviq edilməsi, qarşılıqlı bağlılığın gücləndirilməsi baxımından vacib rol oynayır.

Bu xüsusda ən yüksək zirvədə olan Azərbaycan-Türkiyə əlaqələrinin əhəmiyyətini vurğulamaq lazımdır. Qardaş Türkiyə ilə çoxşaxəli birgə fəaliyyətimiz, gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, regional əməkdaşlığa, təhlükəsizliyə və sabitliyə mühüm töhfə verir. Əminəm ki, xalqlarımızın qardaşlığı və birliyindən, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən güc alan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bundan sonra da birgə səylərimizlə “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir.

Eyni zamanda, Avrasiya İqtisadi Zirvə Toplantısının xüsusi sessiyasının Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin 100 illik yubileyinə həsr edilməsinin rəmzi mənası vardır. “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin əsasının qoyulmasına böyük töhfə vermiş mərhum Süleyman Dəmirəl Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərinin formalaşmasında, qardaşlığımızın möhkəmləndirilməsində mühüm rolu olan görkəmli dövlət xadimi olub. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

İnanıram ki, bu iclas Avrasiya regionunun davamlı inkişafı naminə qarşılıqlı faydalı tərəfdaşlığın genişlənməsinə töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, Zirvə Toplantısının işinə uğurlar diləyirəm.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 fevral 2024-cü il 

SƏNƏDLƏR Fərmanlar 24 sentyabr 2026
16:36
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkiş...

24 sentyabr 2026, 16:36
SƏNƏDLƏR Sərəncamlar 24 sentyabr 2026
16:15
O.M.Muradovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                                                                          

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin b...

24 sentyabr 2026, 16:15
SƏNƏDLƏR Məktublar 23 sentyabr 2026
16:35
Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma

Əlahəzrət,

Qardaşınız – görkəmli dövlət xadimi Şeyx Əhməd bin Rəşid Al Məktumun vəfatı xəbəri məni olduqca kədərləndirdi.                            

Bu əvəzsiz itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə öz adımdan və Azərbaycan xalqı adında...

23 sentyabr 2026, 16:35
SƏNƏDLƏR Sərəncamlar 23 sentyabr 2026
16:01
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2...

23 sentyabr 2026, 16:01
SƏNƏDLƏR Fərmanlar 23 sentyabr 2026
16:00
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 11, maddə 1196...

23 sentyabr 2026, 16:00
SƏNƏDLƏR Sərəncamlar 23 sentyabr 2026
11:19
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, tö...

23 sentyabr 2026, 11:19
SƏNƏDLƏR Məktublar 23 sentyabr 2026
11:09
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

Əlahəzrət,

Əziz Qardaşım,

23 Sentyabr – Krallıq Elan Edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Ortaq mənəvi dəyərlər, dini-...

23 sentyabr 2026, 11:09
SƏNƏDLƏR Sərəncamlar 23 sentyabr 2026
10:10
“Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respu...

23 sentyabr 2026, 10:10