Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyevdən

19 fevral 2024, 17:54

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində uğurlu qələbəniz münasibətilə Türk İnvestisiya Fondu adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırıram. Bu möhtəşəm qələbə qardaş Azərbaycan xalqının Sizin liderliyinizə, eləcə də çox mühüm strategiyanıza olan inamını və etimadını bir daha nümayiş etdirdi.

Türk birliyinə gedən yolun hər addımında inkişafa və gücə şahidlik etməkdən məmnunluq duyan biri kimi Qarabağdakı tarixi qələbəni, qardaş Azərbaycanın torpaqlarının azad olunmasını xüsusi vurğulamaq istəyirəm. Azərbaycan xalqının əzmini, qətiyyətini nümayiş etdirən və Türk dövlətlərinin qürur duyduğu bu böyük qələbə həm də Türk birliyinin gücünə mühüm töhfədir. Qoy bu nailiyyət Türk dünyasının tərəqqisini və birliyini daha da gücləndirsin.

Sizin səmərəli rəhbərliyinizlə Türk dünyası müxtəlif əməkdaşlıq sahələrində önəmli nailiyyətlər əldə edib və bunlar ümumi inkişafa və rifaha töhfə verib. Ona görə də mən əminəm ki, Türk İnvestisiya Fondunun təsis olunmasına və onun fəaliyyətinə göstərdiyiniz güclü dəstək Türk dünyasının daha çox inteqrasiyasına töhfə verəcək və Türk dövlətlərinin mühüm qlobal iqtisadi oyunçu və investisiya baxımından cəlbedici məkana çevrilməsinə kömək edəcək.

Zati-aliləri, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edirəm.

Hörmətlə,

 

Bağdad Amreyev

Türk İnvestisiya Fondunun prezidenti

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20