BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayatdan

16 fevral 2024, 19:27

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və fəaliyyətə başlamağınız münasibətilə Sizə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi adından səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edərək FAO-nun heç kimi kənarda qoymamaqla daha yaxşı istehsal, daha yaxşı qidalanma, daha yaxşı ətraf mühit və daha yaxşı həyat prinsiplərinə əsaslanan 2022-2031-ci illəri əhatə edən Strateji Çərçivə sənədinə istinad edərək, Azərbaycanda kənd təsərrüfatının dayanıqlı inkişafına dəstək göstərmək niyyətini bir daha vurğulamaq istəyirəm.
Biz, həmçinin Azərbaycan Respublikasına 2024-cü ildə keçiriləcək COP29 Tərəflər Konfransına təşkilatımızın mandatına uyğun sahələr üzrə dəstək göstərməyə hazır olduğumuzu bildiririk.

Sizin rəhbərliyinizlə Azərbaycan hökuməti ilə FAO arasında davamlı şəkildə tərəfdaşlıq və əməkdaşlıq edəcəyimizə inanıram.

Zati-aliləri, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Nasar Hayat

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55