16 fevral 2024, 18:00

Robert Mobilidən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Alban-Udi Xristian Dini İcması adından Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik. Seçicilərin yekdil dəstəyi Sizin yüksək nüfuzunuza tam etimad göstərdiyini təsdiq etdi. Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan sonsuz etimadının təzahürüdür.

Azərbaycanda yaşayan bütün xalqların həyat səviyyəsinin yaxşılaşmasına verdiyiniz töhfə göz qabağındadır. Sizin davamlı əməyiniz sayəsində ölkə vətəndaşlarının həyatı hər gün daha da yaxşılaşır, daha keyfiyyətli, xoşbəxt olur. Bu, Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcmasında da tam hiss olunur. Sizin rəhbərliyiniz sayəsində ölkəmizdə hamı üçün əlverişli, tolerant və multikultural model yaradılmışdır.

Cənab Prezident, Sizin yenidən Prezident seçilməyinizlə bağlı yaşadığımız sevinc hissi hüdudsuzdur.

Sizə möhkəm cansağlığı, vəzifənizdə yeni uğurlar, Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirik. Azərbaycanın gələcəyi Sizinlə daha gözəl olacaq, xalqımız daha xoşbəxt, daha firavan yaşayacaq.

Hörmətlə,

Robert Mobili, Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcmasının

sədri, “Şöhrət” ordenli

Azərbaycan Respublikası, Bakı şəhəri.