İlham Əliyev Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir

14 oktyabr 2012, 15:15
İlham Əliyev Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Arturas Jurauskasın etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Arturas Jurauskas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfir ilə söhbət etdi.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Litva Respublikası arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə qarşılıqlı maraqlar əsasında genişləndiyini vurğuladı. Ölkələrimiz arasında əməkdaşlığın siyasi sahədə uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu əməkdaşlığın iqtisadi sahədə inkişaf etdirilməsi üçün də böyük imkanların olduğunu qeyd etdi.

Dövlət başçısı ölkələrimiz arasında münasibətlərin gələcəkdə də dinamik şəkildə inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi və səfirə diplomatik fəaliyyətində uğurlar arzuladı.

Litva Respublikasının ölkəmizdəki səfiri Arturas Jurauskas Azərbaycan kimi dost dövlətdə ölkəsini təmsil etməkdən şərəf duyduğunu dedi. Səfir Litva Respublikasının Prezidenti Dalya Qribauskaytenin salamlarını dövlətimizin başçısına çatdırdı. Arturas Jurauskas ölkəsinin dövlət başçısının Prezdent İlham Əliyevlə görüşünü məmnunluqla xatırladığını vurğuladı.

Dövlət başçısı Prezident Dalya Qribauskaytenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Litva dövlətinin başçısına çatdırmağı xahiş etdi. Litva Respublikasının Prezidenti ilə keçirdiyi görüşü məmnunluqla xatırlayan Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Görüşdə Litvanın Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına töhfə verəcəyinə əminlik ifadə olundu.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20