Türkiyə Palatalar və Birjalar Birliyinin və Türk Ticarət və Sənaye Palataları Birliyinin sədri Rıfat Hisarcıklıoğludan

16 fevral 2024, 13:04

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezidentim.

Fevralın 7-də prezident seçkilərinin Qarabağ da daxil olmaqla bütün Azərbaycan ərazisində uğurla keçirilməsi və yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizi

Türkiyə Palatalar və Birjalar Birliyi və Türk Ticarət və Sənaye Palataları Birliyi adından təbrik edirəm.

Əminəm ki, Zati-alinizin yenidən Prezident seçilməsi təkcə ölkələrimizdə deyil, bütün türk dünyasında inkişaf, rifah, sülh, sabitlik və təhlükəsizlik üçün faydalı olacaqdır.

Sizə cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

 

Rıfat Hisarcıklıoğlu

Türkiyə Palatalar və Birjalar Birliyinin sədri,

Türk Ticarət və Sənaye Palataları Birliyinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55