İlham Əliyev FIFA U-17 qadınlararası dünya çempionatının final oyununa baxmışdır

13 oktyabr 2012, 20:20
İlham Əliyev FIFA U-17 qadınlararası dünya çempionatının final oyununa baxmışdır

Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012”nin final oyunu keçirilmişdir. Finalda Fransanın və Koreya Xalq Demokratik Respublikasının komandaları qarşılaşmışlar.

Azərbaycan Prezidenti İlham Əliyev final oyununa baxmışdır. 

Avropa Futbol Federasiyaları Assosiasiyasının prezidenti Mişel Platini, FIFA İcraiyyə Komitəsinin üzvü Lydia Nsekera, beynəlxalq və milli futbol qurumlarının rəhbərləri də final oyununu izləmişlər. 

Mundialda Fransa komandası qalib gəlmişdir. 

Həlledici oyunun əsas hissəsi komandaların bərabərliyi (1:1) ilə başa çatmışdır. Oyundan sonrakı penalti zərbələrini daha dəqiq yerinə yetirən (7:6) Fransa futbolçuları “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012”nin kubokuna sahib olmuşlar. 

Sonra təntənəli mükafatlandırma mərasimi keçirilmişdir. 

Əvvəlcə final oyununun hakimləri mükafatlandırılmışlar.

“Fair play” - ədalətli oyun mükafatına Yaponiya komandası layiq görülmüşdür.

Daha sonra çempionatın ən məhsuldar futbolçusu, ən yaxşı qapıçısı və ən yaxşı oyunçusu mükafatlandırılmışlar. 

Çempionatı üçüncü yerdə başa vuran Qana millisinə bürünc medallar təqdim olunmuşdur.

Final oyununda məğlub olan Koreya Xalq Demokratik Respublikasının komandası gümüş medallarla mükafatlandırılmışdır.

Mundialın qalibi Fransa yığmasına qızıl medallar və dünya çempionatının kuboku təqdim olunmuşdur. 

Mükafatları Azərbaycan Prezidenti İlham Əliyev, UEFA-nın prezidenti Mişel Platini, FIFA İcraiyyə Komitəsinin üzvü Lydia Nsekera və başqaları təqdim etmişlər. 

Mükafatlandırma mərasimindən sonra yaşıl meydançadakı səhnəyə çıxan dünya şöhrətli müğənni Şakiranı 27 min azarkeş hərarətlə qarşılamışdır. 

Bununla da Azərbaycanın ev sahibliyi etdiyi daha bir dünya çempionatı başa çatmışdır. Beynəlxalq yarışları keçirməkdə böyük təcrübəsi olan ölkəmizin tarixində ilk dəfə 17 yaşadək qadınlar arasında dünya çempionatı yüksək səviyyədə keçirilmişdir.

Bu, Azərbaycanda keçirilən ilk böyük FIFA tədbiri və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatı idi.

Çempionatda Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Çin, Nigeriya, Qana, Qambiya, ABŞ, Kanada, Meksika, Braziliya, Uruqvay, Kolumbiya, Yeni Zelandiya, Fransa, Almaniya və ev sahibi Azərbaycanın milli komandaları birincilik uğrunda mübarizə aparmışlar.

Dünya çempionatının oyunları paytaxt Bakı ilə yanaşı, Lənkəran şəhərində də keçirilmişdir. Çempionat üçün beşi Bakıda, biri isə Lənkəranda olmaqla altı stadion ayrılmışdı. Bu stadionlardan üçü mundiala hazırlıq işləri çərçivəsində inşa olunmuşdur.

Dünya çempionatının açılış mərasimində iştirak edən FIFA prezidenti Yozef Blatter və digər rəsmi qonaqlar mundialın yüksək səviyyədə təşkil olunduğunu dəfələrlə xüsusi vurğulamışlar. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 02 may 2025
16:31
Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi...

02 may 2025, 16:31
SƏNƏDLƏR Fərmanlar 01 may 2025
16:15
“Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3787 nömrəli, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

PDF yükləyin

01 may 2025, 16:15
SƏNƏDLƏR Qanunlar 01 may 2025
16:13
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”...

01 may 2025, 16:13
SƏNƏDLƏR Sərəncamlar 01 may 2025
13:30
Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı...

01 may 2025, 13:30
SƏNƏDLƏR Fərmanlar 30 aprel 2025
16:53
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

30 aprel 2025, 16:53