Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Emil Kızayevdən

16 fevral 2024, 10:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası adından səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.

Bu qələbə Sizin Azərbaycan Prezidenti vəzifəsində fədakar fəaliyyətinizin məntiqi nəticəsi və xalqın gələcəkdə də respublikanın sosial-iqtisadi inkişafı, suverenliyinin möhkəmləndirilməsi və beynəlxalq arenada nüfuzunun yüksəldilməsi kursuna dəstəyinin təzahürüdür.

Əminik ki, Sizin rəhbərliyiniz altında qardaş xalqlarımız arasında mədəni və mənəvi bağlar daha da möhkəmləndiriləcək, ikitərəfli əməkdaşlıq, o cümlədən respublikalarımızın milli həmkarlar ittifaqları arasında əlaqələr inkişaf edəcəkdir.

Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası Sizin şəxsinizdə bütün Azərbaycan xalqını demokratiyanın, ədalətin və həmrəyliyin təntənəsi münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzulayır.

Hörmətlə,

 

Emil Kızayev

Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55