Slovakiya Respublikasının Baş naziri Robert Fitsodan

15 fevral 2024, 17:02

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Sizin liderliyinizlə Azərbaycan inkişafa doğru daha sürətlə irəliləyəcək, ölkədə sosial və iqtisadi sabitlik dərinləşəcək, xalqınızın rifahı naminə yeni nailiyyətlər əldə ediləcək.

Əminəm ki, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətləri dərinləşəcək və ikitərəfli əməkdaşlığın yeni sahələri üzrə daha da inkişaf edəcək. Mən bu münasibətlərin hərtərəfli yüksəlməsində, o cümlədən iqtisadi-ticari sahədə daha yaxşı nəticələr əldə olunmasında maraqlıyam. Buna görə də bu fürsətdən istifadə edərək yaxın gələcəkdə Sizinlə şəxsən görüşmək və ölkənizə rəsmi səfər etmək istədiyimi bildirirəm.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və məsul vəzifənizin icrasında uğurlar arzulayır və görüşümüzü səbirsizliklə gözləyirəm.

Hörmətlə,

 

Robert Fitso

Slovakiya Respublikasının Baş naziri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55