Latviya parlamentinin üzvü, Seymin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədri Oleqs Burovsdan

15 fevral 2024, 14:33

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərində qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq mənim üçün şərəfdir.

Belə mürəkkəb bir zamanda Sizin yenidən ölkə Prezidenti vəzifəsinə seçilməyiniz Azərbaycan xalqının öz liderinə dəstəyini və inamını sübut edir. Çünki Siz ölkənizi və xalqınızı tərəqqiyə aparan lidersiniz.

Latviya və Azərbaycan arasında dostluq münasibətləri otuz ildən artıqdır ki, uğurla inkişaf edir. Əminəm ki, prezidentliyinizin yeni dönəmində ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi və dərinləşdirilməsi istiqamətində qarşılıqlı fəaliyyət daha geniş vüsət alacaqdır.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Oleqs Burovs

Latviya parlamentinin üzvü, Seymin Azərbaycan

parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədri

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20