12:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1070-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinin ikinci cümləsində, 4.1-ci, 4.2-ci maddələrində, 5.1-ci maddəsinin birinci cümləsində, 6.1-ci (hər iki halda) maddəsində, 6.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 7.1-ci, 7.3-cü, 7.4-cü, 8.4-cü maddələrində, 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 9.5-ci, 10-cu, 11.1-ci maddələrində, 11.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 12.1-ci, 12.2-ci (hər iki halda), 12.4-cü, 13.1–13.3-cü, 13.6.1–13.6.3-cü, 15.2-ci, 15.3-cü, 20.6-cı, 23.1-ci maddələrində, 23.2-ci və 28.1-ci maddələrinin ikinci cümlələrində və 29.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 4.1-ci maddəsində, 5.1-ci maddəsinin birinci cümləsində, 6.1-ci (ikinci halda), 7.1-ci maddələrində, 9.2-ci maddəsinin ikinci cümləsində, 9.5-ci, 10-cu, 11.1-ci maddələrində, 11.2-ci maddəsinin ikinci cümləsində, 12.4-cü, 13.1-ci, 13.3-cü, 15.2-ci, 20.6-cı, 23.1-ci maddələrində, 23.2-ci və 28.1-ci maddələrinin ikinci cümlələrində və 29.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 4.2-ci və 12.2-ci (hər iki halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Qanunun 12.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 13.6.2-ci maddəsində “orqanlar (qurumlar)” dedikdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.6. həmin Qanunun 15.3-cü maddəsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.7. həmin Qanunun 2.2-ci maddəsinin ikinci cümləsində, 6.1-ci (birinci halda) maddəsində, 6.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 7.3-cü, 7.4-cü, 8.4-cü maddələrində, 9.2-ci maddəsinin birinci cümləsində, 11.2-ci maddəsinin birinci cümləsində, 13.2-ci, 13.6.1-ci və 13.6.3-cü maddələrində “orqan (qurum)” dedikdə Dövlət Dəniz və Liman Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1070-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 474 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.1-ci bənddə “3.1.2-ci və 5.4-cü maddələrində, 28.1-ci maddəsinin ikinci cümləsində” sözləri “2.2-ci maddəsinin ikinci cümləsində, 3.1.2-ci, 4.1-ci, 4.2-ci maddələrində, 5.1-ci maddəsinin birinci cümləsində, 5.4-cü, 6.1-ci (hər iki halda) maddələrində, 6.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 7.1-ci, 7.3-cü, 7.4-cü, 8.4-cü maddələrində, 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 9.5-ci, 10-cu, 11.1-ci maddələrində, 11.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 12.1-ci, 12.2-ci (hər iki halda), 12.4-cü, 13.1–13.3-cü, 13.6.1–13.6.3-cü, 15.2-ci, 15.3-cü, 20.6-cı, 23.1-ci maddələrində, 23.2-ci və 28.1-ci maddələrinin ikinci cümlələrində və 29.2-ci maddəsində” sözləri ilə əvəz edilsin;
3.2. 3.2-ci bənddə “maddəsinin ikinci cümləsində və 29.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir” sözləri “və 28.1-ci maddələrinin ikinci cümlələrində və 29.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur” sözləri ilə əvəz edilsin;
3.3. 3.2-1-ci bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;
3.4. 3.3-cü bənddə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi həyata keçirir” sözləri “orqan (qurum)” dedikdə Dövlət Dəniz və Liman Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur” sözləri ilə əvəz edilsin;
3.5. 3.4-cü bənddə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir” sözləri “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzərdə tutulur” sözləri ilə əvəz edilsin;
3.6. 3.4-1-ci bənddə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir” sözləri “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur” sözləri ilə əvəz edilsin;
3.7. 3.5-ci bənddə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini, öz” sözləri “orqan (qurum) dedikdə” sözləri ilə və “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur” sözləri ilə əvəz edilsin;
3.8. 3.6-cı bənddə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini” sözləri “orqan (qurum)” dedikdə” sözləri ilə və “həyata keçirir” sözləri “nəzərdə tutulur” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 fevral 2024-cü il
Əlahəzrət,
Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş...
23 fevral 2025, 11:52Hörmətli cənab Prezident.
Qayana Kooperativ Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından...
23 fevral 2025, 11:50Əlahəzrət,
Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və...
23 fevral 2025, 11:48Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin...
21 fevral 2025, 16:00Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 21 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Mülki...
21 fevral 2025, 13:08Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, mülki aviasiyada idarəetmə, tənzimləmə, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, bu sahədə həyata keçirilən fəaliyyətin optimallaşdırılması...
21 fevral 2025, 13:072025-ci ilin avqust ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu...
21 fevral 2025, 13:05Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanının...
20 fevral 2025, 16:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan...
20 fevral 2025, 12:47