Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəldən

14 fevral 2024, 13:05

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Zati-alinizi yenidən Prezident seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin liderliyinizlə Can Azərbaycanda rifahın yüksəlməsinə, bölgəmizdə sülhün və sabitliyin möhkəmlənməsinə nüfuzlu təsirinizin davam edəcəyinə əminik.

Cümhuriyyət Xalq Partiyası olaraq Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi üçün “Bir millət, iki dövlət” prinsipi çərçivəsində dəstəyimizin və səylərimizin davam etdirilməsi istiqamətində qətiyyətimizi xüsusilə vurğulamaq istəyirəm.

Fürsətdən istifadə edərək Sizə ən xoş arzularımızı çatdırıram. Xalqlarımız arasındakı qardaşlıq və dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminəm.

Hörmətlə,

 

Özgür Özəl

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55