Monteneqronun sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Milo Cukanoviçdən

14 fevral 2024, 13:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Bu seçkilərin nəticələri Sizin müdrik və qətiyyətli

rəhbərliyinizlə Azərbaycan Respublikasının gələcəkdə daha da inkişafının təminatıdır.

İnanıram ki, ölkələrimiz arasında bizim illər əvvəl möhkəm təməllər üzərində əsasını qoyduğumuz qarşılıqlı faydalı əməkdaşlıq və dostluq münasibətləri daha da möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsuliyyətli vəzifənizdə uğurlar arzu edirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Milo Cukanoviç

Monteneqronun sabiq Prezidenti,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20