Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən

13 fevral 2024, 17:36

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və xalqınızın Sizə etimadının bir daha təsdiqi münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və xeyir-duamızı

çatdırmaqdan məmnunuq.

Bəhreyn Krallığı ilə Azərbaycan Respublikası arasında bizim də diqqət verdiyimiz və yüksək qiymətləndirdiyimiz ikitərəfli münasibətlərə görə Sizə dərin təşəkkürümüzü ifadə edirik. Ölkələrimizin və xalqlarımızın maraqları naminə bu münasibətləri bütün sahələrdə inkişaf etdirmək istiqamətində Zati-alinizlə işləməyə ümid edirik.

Sizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm.

Hörmətlə,

 

Salman bin Həməd Al Xəlifə

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55