Rusiyada fəaliyyət göstərən "Hereti" Milli Dirçəliş Regionlararası İctimai Təşkilatının rəhbəri Rostom Şapiaşvilidən

13 fevral 2024, 14:47

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbəniz münasibətilə səmimi təbriklərimizi qəbul edin.

Azərbaycan Respublikasının vətəndaşları olan gürcülər və müxtəlif ölkələrdə, o cümlədən Rusiya Federasiyasında, Qazaxıstanda, Gürcüstanda Avropa ölkələrində yaşayan soydaşlarımız Sizin yenidən Prezident seçilməyinizi böyük sevinclə qarşıladılar.

Hörmətli cənab Prezident, Siz Azərbaycan xalqının layiqli oğlusunuz. Sizin adınız Vətənin şanlı tarixinə qızıl hərflərlə yazılıb. Siz Azərbaycanın ərazi bütövlüyünü bərpa edən və müstəqilliyini möhkəmləndirən böyük Lidersiniz.

Sizə cansağlığı və uzun ömür, fəaliyyətinizdə yeni-yeni qələbələr arzulayıram.

Hörmətlə,

 

Rostom Şapiaşvili

Rusiyada fəaliyyət göstərən "Hereti" Milli Dirçəliş

Regionlararası İctimai Təşkilatının rəhbəri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55