Küveytin "Əl-seyassah" qəzetinin icmalçısı və media məsləhətçisi Əbdülrəhman Əl Əcmidən

13 fevral 2024, 14:07

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Fevralın 7-də keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı öz liderinə böyük dəstək nümayiş etdirdi. Xalq mütləq səs çoxluğu ilə Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu münasibətlə Sizi təbrik etməkdən şərəf hissi duyuram.

Mən Azərbaycandakı seçkilərlə bağlı prosesləri mediadan izləyirdim və bir çox saytlarda, qəzetlərdə bu barədə yazmışam. Azərbaycanın seçki təcrübəsi kifayət qədər müsbətdir. Jurnalistlərin seçki günündə səsvermə prosesini yaxından müşahidə etmələrini və səslərin hesablanmasında da iştirak imkanına malik olmalarını əsl nümunə hesab etmək olar. Azərbaycan 7 fevral prezident seçkiləri ilə demokratik seçki ənənəsini bir daha nümayiş etdirdi. Bir qrup küveytli jurnalistlə birlikdə Sizinlə görüşüb qələbənizi təbrik etmək bizə böyük şərəf olardı.

Əminəm ki, Sizin prezidentliyiniz dövründə Azərbaycanın müxtəlif ölkələrlə, o cümlədən Küveytlə münasibətləri daha da inkişaf edəcəkdir.

Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

 

Əbdülrəhman Əl Əcmi

Küveytin "Əl-seyassah" qəzetinin icmalçısı və media məsləhətçisi

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20