ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

12 fevral 2024, 15:57

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından səmimi təbriklərimi çatdırıram.

Sizin son seçkilərdəki inamlı qələbəniz Azərbaycan xalqının liderliyinizə olan inamının və etimadının sübutudur. Bu, həm də ölkənizin inkişafı və rifahı naminə fədakarlığınızın, baxışlarınızın və sarsılmaz sadiqliyinizin təzahürüdür.

Biz ICESCO olaraq müdrik rəhbərliyiniz altında Azərbaycanla əməkdaşlığımızı davam etdirməyə, İslam dünyasında təhsil, elm və mədəniyyət sahələrinin inkişafına ümid bəsləyirik.

Sizin davamlı dəstəyinizin regionda mədəniyyət mübadiləsi, elmi araşdırmalar və təhsil sahələrini inkişaf etdirmək təşəbbüslərinə müsbət təsiri olmuşdur. Biz əminik ki, Sizin yeni mandatınızla Azərbaycan gələcək illərdə daha da böyük nailiyyətlərə imza atacaqdır.

Sizin bütün İslam dünyasında əks-səda doğuran, gənclərin inkişafını dəstəkləyən, həmçinin sülh və tərəqqinin daha da irəliləməsinə xidmət edən müstəsna liderliyinizə şəxsi heyranlığımı bildirirəm.

Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edirəm. Qoy, Sizin növbəti prezidentlik dövrünüz Azərbaycan Respublikası üçün daha yüksək firavanlıq və uğur gətirsin!

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin.

Dərin hörmətlə,

 

Salim bin Məhəmməd əl-Malik

ICESCO-nun Baş direktoru

SƏNƏDLƏR Fərmanlar 17 noyabr 2025
17:14
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il sentyabrın 16-da Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi...

17 noyabr 2025, 17:14