Gürcüstanın Prezidenti Salome Zurabişvilidən

12 fevral 2024, 15:08

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram. Ölkənizin və xalqınızın firavanlığı istiqamətində yorulmaz fəaliyyətinizdə Sizə səmimi-qəlbdən davamlı uğurlar və qələbələr arzulayıram.

Mən qəti şəkildə inanıram ki, birgə səylərimizlə biz qardaş ölkələrimiz arasındakı mehriban qonşuluq və dostluq münasibətlərini, strateji tərəfdaşlığı yeni zirvələrə yüksəldəcəyik. Bu, şübhəsiz ki, həm Gürcüstanın, həm də Azərbaycanın regionda sabitliyin və inkişafın möhkəmləndirilməsində rolunu daha da gücləndirəcəkdir.

Zati-aliləri, Sizə bir daha ən dərin ehtiramımı bildirir, fəaliyyətinizdə davamlı uğurlar arzulayır, dost Azərbaycan xalqına isə sülh və rifah diləyirəm.

Hörmətlə,

 

Salome Zurabişvili

Gürcüstanın Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55