Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Vinerdən

12 fevral 2024, 12:58

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə təbriklərimi qəbul edin. Bu məsul və şərəfli vəzifəyə yenidən seçilməyiniz Sizin əməyinizin möhtəşəm nəticələrinin, Sizə Azərbaycan xalqının ən yüksək inamının və hörmətinin sübutudur.

Zəngin həyat təcrübəniz, Sizə xas olan enerji və görkəmli liderlik keyfiyyətləri Zati-alinizə respublikanın və onun sakinlərinin rifahı naminə məhsuldar çalışmağa kömək edir. Siz Azərbaycanın tərəqqisi uğrunda cəsur və məqsədyönlü mübariz kimi nəinki həmvətənləriniz arasında, həm də bütün dünyada hörmət və nüfuza sahibsiniz.

Sizi səmimi-qəlbdən təbrik edir, bütün planlarınızın soydaşlarınızın dəstəyi ilə həyata keçməsini arzulayır, Azərbaycanın rifahı naminə Sizə və komandanıza uğurlar diləyirəm.

Hörmətlə,

 

İrina Viner

Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55