Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutskidən

12 fevral 2024, 12:39

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Azərbaycan Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Siz haqlı olaraq təkcə öz Vətəninizdə deyil, həm də bizim ölkədə və bütün dünyada öz xalqı və regionda sülh üçün çoxlu işlər görmüş təcrübəli, uzaqgörən siyasi xadim kimi böyük ehtiram, yüksək nüfuz qazanmısınız. Keçirilən seçkilərin nəticələri də bunu inamlı şəkildə göstərdi.

Dahi atanızın, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin müdrik siyasətinin və həyatı boyu gördüyü işlərin layiqli varisi və davamçısı kimi, Siz onun ideyalarını uğurla davam etdirirsiniz.

Əminəm ki, Sizin yenidən Prezident seçilməyinizlə bu istiqamətdə aparılan işlər daha fəal davam etdiriləcək və bu işlərin soydaşlarınıza, ölkənin bütün vətəndaşlarına, bütünlükdə xalqlarımıza fayda gətirməsi üçün səylərinizi əsirgəməyəcəksiniz.

Bizim aramızda yaranmış şəxsi etimad və qarşılıqlı anlaşmanı yüksək qiymətləndirirəm, əziz tuturam.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, səadət, ali dövləti fəaliyyətinizdə və şəxsi həyatınızda əmin-amanlıq diləyirəm.

Hörmətlə,

 

Leonid Slutski

Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat

Partiyası fraksiyasının rəhbəri, Beynəlxalq məsələlər komitəsinin sədri

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20