Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

10 fevral 2024, 18:18

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Müstəqil və bölünməz Azərbaycanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Seçkilərin nəticəsi heç kimdə şübhə doğurmurdu. Xalq onu 30 illik natamamlıq kompleksindən xilas edən Liderə səs verdi.

Sizin regionda liderliyiniz cəmiyyət həyatının bütün sahələrində yüksək nəticələrə nail olmaq səylərində parlaq səmərəli idarəçilik örnəyinə çevrilib. Azərbaycan Sizin rəhbərliyinizlə iqtisadiyyatda, sosial sahədə, milli təhlükəsizlikdə və digər istiqamətlərdə böyük uğurlar qazanıb.

Sizin müasir geosiyasi çağırışlara istiqamətlənmiş strateji baxışınız ölkəyə davamlı iqtisadi artıma, xarici iqtisadi əlaqələrin genişləndirilməsinə və böyük investisiyalar cəlb edilməsinə nail olmağa imkan verib. Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlar sayəsində Azərbaycan bir çox ölkələr üçün cəlbedici tərəfdaşa çevrilib. Demokratiyanın inkişafı, vətəndaşların hüquq və azadlıqlarının möhkəmləndirilməsi, həmçinin mədəniyyət və təhsilin, elm və səhiyyənin dəstəklənməsinə yönəlmiş səyləriniz Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə kömək edir. Beynəlxalq hüquq prinsiplərinə əsaslanan müdrik xarici siyasətiniz regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində mühüm rol oynayır. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan inkişaf yolunu davam etdirəcəkdir.

İcazə verin, inamlı qələbə münasibətilə ən səmimi təbriklərimi bir daha bildirim və Sizə möhkəm cansağlığı, əmin-amanlıq, ölkəyə və xalqa xidmət üzrə fəaliyyətinizdə uğurlar diləyim.

Dərin ehtiramla, həmişə Sizin,

 

Məmməd Əliyev

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, “Dostluq”, “Şöhrət” ordenləri, Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə

təltif edilmiş, Rusiya Federasiyasının dövlət mükafatı laureatı, Rusiya Hökumətinin mükafatı laureatı, Rusiyanın Əməkdar elm xadimi

SƏNƏDLƏR Sərəncamlar 12 fevral 2026
15:59
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası...

12 fevral 2026, 15:59
SƏNƏDLƏR Sərəncamlar 12 fevral 2026
15:58
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Vergi sisteminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin...

12 fevral 2026, 15:58
SƏNƏDLƏR Sərəncamlar 12 fevral 2026
15:57
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr...

12 fevral 2026, 15:57