Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakovdan

10 fevral 2024, 17:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycanda seçkilərin nəticələri milli lider kimi xalqın Sizə göstərdiyi çox böyük etimadın bariz sübutu və son iyirmi ildə Sizin rəhbərliyinizlə dövlətinizin bir çox sahələrdə və beynəlxalq miqyasda əldə etdiyi uğurların əyani təsdiqidir.

Rusiya həmkarlar ittifaqları Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətinizi və həmkarlar ittifaqı hərəkatına dəstəyinizi yüksək qiymətləndirir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifədə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirik.

Hörmətlə,

 

Mixail Şmakov

Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20