Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

10 fevral 2024, 15:51

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm.

Azərbaycan vətəndaşları xalqın əsl lideri, ölkənin sabit inkişafını təmin etməyə, onun suverenliyini qoruyub saxlamağa, dünyanın geosiyasi arenasında respublikanın mövqelərini möhkəmləndirməyə qadir olan güclü müdrik siyasi xadim kimi növbəti dəfə Sizi dəstəklədilər.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

 

Mixail Qutseriyev

Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55