Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin sədri Pavel Yelizarovdan

10 fevral 2024, 15:22

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin adından Sizə və bütün Azərbaycan xalqına seçkilərdə qələbəniz münasibətilə səmimi təbriklərimizi çatdırıram.

Azərbaycan ilə İsrail arasında əməkdaşlıq inkişaf edir və möhkəmlənir. Bu istiqamət atanız, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib, Siz isə bu yolu uğurla davam etdirərək, Azərbaycanın İsraildə səfirliyini açaraq münasibətləri daha da möhkəmləndirdiniz. Bütün yəhudilər, xüsusən dağ yəhudiləri sevincli və kədərli vaxtlarda həmişə azərbaycanlılar üçün qardaş xalq olublar.

Prezident seçkilərində Azərbaycan xalqının seçimi bizi çox sevindirir. Mütləq əksəriyyət növbəti dəfə sübut etdi ki, Sizə tam etimad göstərir. Onlar müəyyənləşdirilmiş yolun gələcəkdə də davam edəcəyinə inanırlar.

Dərin hörmətlə və səmimi təbriklərlə,

 

Pavel Yelizarov

Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin sədri,

Dağ yəhudilərinin parlament lobbisinin baş direktoru,

xarici işlər nazirinin Qafqaz mənşəli yəhudilər üzrə müşaviri

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20