10 fevral 2024, 13:52

Fransız-Azərbaycan Mədəniyyət Təşkilatından, Nant, Fransa

Hörmətli cənab Prezident.

Biz Fransanın Nant şəhərində yaşayan azərbaycanlılar adından Sizi bu mühüm qələbə münasibətilə ürəkdən təbrik edirik.

Biz qürurluyuq, çünki 31 il sonra bütöv bir Azərbaycan olaraq bu möhtəşəm, tarixi seçkilərdə iştirak etdik və Qalib Xalq olaraq Qalib Prezidentimizi seçdik.

Cənab Prezident, Fransada həmvətənlərimizin ən çox yaşadığı Nant şəhərindən Sizə möhkəm cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, xalqımıza isə sülh, əmin-amanlıq arzulayırıq.

Hörmətlə,

Fransız-Azərbaycan Mədəniyyət Təşkilatı (ACAF)

Fransa, Nant şəhəri.