BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklosdan

10 fevral 2024, 10:11

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə BP şirkəti adından Sizə səmimi təbriklərimi çatdırıram. Azərbaycan xalqının rifahının yaxşılaşması istiqamətində bütün səylərinizdə Sizə uğurlar arzulayıram.

Bu fürsətdən istifadə edərək bizim Azərbaycandakı enerji layihələrinə BP-nin davamlı sadiqliyini bir daha vurğulamaq istəyirəm.
BP şirkəti olaraq biz Azərbaycan hökuməti və SOCAR ilə uzunmüddətli tərəfdaşlığın daha da möhkəmlənəcəyinə ümidvarıq.

Zati-aliləri, Sizi bir daha səmimi-qəlbdən təbrik edirəm və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Tezliklə Sizinlə Bakıda görüşməyi səbirsizliklə gözləyirəm.

Hörmətlə,

 

Mürrey Aukinklos

BP şirkətinin baş icraçı direktoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55