Albaniya Respublikasının Baş naziri Edi Ramadan

09 fevral 2024, 23:08

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, əziz qardaşım.

Sizin seçkilərdəki uğurunuz və Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz Sizə ən xoş arzularımı və ən səmimi təbriklərimi çatdırmaq üçün gözəl fürsətdir. Bu fürsətdən istifadə edərək Sizə Albaniya hökuməti adından və şəxsən öz adımdan aramızdakı yüksək səviyyəli dialoqa və iqtisadiyyatlarımız üçün, xüsusilə enerji və turizm kimi əhəmiyyətli sahələrdə əməkdaşlığa görə minnətdarlığımı bildirirəm.

Qəti şəkildə inanıram ki, Sizin yeni prezidentlik mandatınız dost ölkələrimiz arasındakı münasibətlərə yeni təkan olacaq. Həmçinin Albaniya Respublikasının tezliklə Bakıda səfirliyinin açılması aramızdakı kommunikasiyanın daha da sürətlənməsinə töhfə verəcək.

Bir daha ən xoş arzularımı çatdırıram. Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Edi Rama

Albaniya Respublikasının Baş naziri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55