Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviçdən

09 fevral 2024, 19:53

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan, vətəndaşlarınız və ölkəniz üçün faydalı işlərdə uğurlar arzulamaqdan məmnunluq duyuram.

Azərbaycan xalqının Sizə göstərdiyi etimad əvvəlki dövrdə görülən müsbət və məsuliyyətli işin, ölkənizin tərəqqisinin, sabitliyinin və firavanlığının gələcəkdə də davam etməsi istəyinin təsdiqidir.

Əminəm ki, mandatınız çərçivəsində Bosniya və Herseqovina, Serb Respublikası və Azərbaycan Respublikası arasında mehriban münasibətlər bundan sonra da dostluq şəraitində inkişaf edəcək, əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın qarşılıqlı rifahı naminə daha da yaxşı və səmərəli olacaqdır.

Zati-aliləri, Sizi seçkilərdə qələbəniz münasibətilə bir daha təbrik edir, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

Jelka Tsviyanoviç

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55