Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbaydan

09 fevral 2024, 17:46

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar hadisə Azərbaycan xalqının Sizin liderliyinizə göstərdiyi davamlı inam və etimadı bir daha nümayiş etdirdi.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan böyük nailiyyətlər əldə edib. Uğurlu siyasətiniz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu təməllər üzərində müstəqil, suveren, müasir Azərbaycanın sürətli inkişafına gətirib çıxarıb.

Azərbaycanın beynəlxalq əlaqələrdə həm regional, həm də qlobal səviyyədə artan rolu və nüfuzunu yüksək qiymətləndirirəm. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və qarşıdan gələn BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkənin aktual qlobal çağırışların həllində hərtərəfli yanaşmanın tərəfdarı olduğunu nümayiş etdirir.

Bundan əlavə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Zati-alinizin regionda əməkdaşlığın və dialoqun möhkəmləndirilməsinə sadiqliyi həqiqətən də təqdirəlayiqdir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin gündəliyindəki müxtəlif məsələlər üzrə, xüsusilə də Azərbaycanın əlaqələndirici kimi fəaliyyətdə olduğu təhlükəsiz və səmərəli nəqliyyat dəhlizi sistemlərinin inkişaf etdirilməsi sahəsində əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar və firavanlıq arzulayıram. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan inkişaf yolunu davam etdirəcək, ölkədə və regionda dayanıqlı sülhə və tərəqqiyə bundan sonra da töhfə verəcəkdir.

Hörmətlə,

 

Kayrat Sarıbay

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri

üzrə Müşavirənin Baş katibi

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20