Qırğızıstandakı Avrasiya Uşaq Həkimləri Federasiyasının prezidenti Kamçibek Uzakbayevdən

09 fevral 2024, 15:22

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Avrasiya Uşaq Həkimləri Federasiyasının üzvləri adından və şəxsən öz adımdan növbədənkənar seçkilərdə inamlı qələbəniz və yeni müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.

Biz dost və böyük ölkə olan Azərbaycanda seçkilərin gedişini diqqətlə izləyirdik və şübhə etmirdik ki, Azərbaycanın müdrik xalqı bu taleyüklü gündə düzgün seçim edəcək. Xalq yenidən əsl vətənpərvər, dünya miqyaslı rəhbər, dahi lider, müasir Azərbaycanın banisi Heydər Əliyevin davamçısını seçdi.

Biz Azərbaycanın nailiyyətləri ilə həmişə fəxr etmişik. Zati-alinizin uğurlu liderliyi ilə atılan inamlı addımlar sayəsində torpaqlar işğaldan tamamilə azad olundu. Səsvermənin nəticələri Sizin yüksək siyasi nüfuzunuzu, həyata keçirdiyiniz Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi, onun təkcə Türk dünyasında deyil, həm də beynəlxalq arenada mövqelərinin gücləndirilməsi kursuna ümumxalq dəstəyini tam şəkildə təsdiq etdi.

Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq əlaqələri və həmrəylik gələcəkdə də münasibətlərimizin inkişafına kömək edəcək. Qardaş Azərbaycan xalqının Sizi yenidən öz lideri seçməsi təkcə Türk dövlətləri arasında münasibətlərin inkişafı deyil, eyni zamanda, uzun illər sülhə və sabitliyə ehtiyacı olan Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin bərqərar olması baxımından da böyük nailiyyətdir.

Bu yaxınlarda Qırğızıstanda “Müzəffər Ali Baş Komandan: Əziz Şuşa, sən azadsan!” kitabının təqdimatında iştirak etdim. Bu kitabı oxuduqdan sonra bir daha Sizinlə fəxr etdim.

Qırğızıstanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin zəngin irsi geniş təbliğ olunur. Biz qərara gəldik ki, Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Xalqa bağışlanmış ömürdən anlar” kitabını qırğız dilinə tərcümə edək.

Bütün mütərəqqi insanlar Sizin həyata keçirdiyiniz strategiyanı və Azərbaycan dövlətinin möhkəmlənməsini dəstəkləyir. Bu düşüncələrlə arzu edirəm ki, seçkilərdə Sizin qələbəniz qardaş Azərbaycan xalqının, eyni zamanda, regionumuzun rifahına xidmət etsin.

Sizə ali dövləti vəzifənizdə yeni-yeni uğurlar diləyirəm.

Dərin hörmətlə,

 

Kamçibek Uzakbayev

Qırğızıstandakı Avrasiya Uşaq Həkimləri

Federasiyasının prezidenti, akademik, Əməkdar həkim

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20