Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevdən

09 fevral 2024, 14:56

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Bakıdan Moskvaya qayıdarkən Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə bir daha səmimi-qəlbdən təbrik etmək istədim.

MDB müşahidəçiləri missiyasının rəhbəri kimi növbəti dəfə ölkənizin vətəndaşlarının böyük əksəriyyətinin Sizə yüksək etimadının şahidi oldum.

Qəti əminəm ki, Sizin dövlət başçısı vəzifəsində fəaliyyətiniz gələcəkdə də Azərbaycan Respublikasının ardıcıl inkişafına, onun beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, həmçinin Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya proseslərinin dərinləşməsinə kömək edəcəkdir.

Fürsətdən istifadə edərək seçki kampaniyasına hazırlıq və seçkilərin keçirilməsinin bütün mərhələlərində səmərəli monitorinqi həyata keçirməyə imkan verən MDB müşahidə missiyasının fəaliyyəti üçün yaradılan əlverişli şəraitə görə minnətdarlığımı bildirirəm.

Prezident seçkilərində qələbəniz münasibətilə səmimi təbrik sözlərimə Sizə möhkəm cansağlığı, əmin-amanlıq və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləklərimi əlavə etmək istəyirəm.

Dərin hörmətlə,

 

Sergey Lebedev

Müstəqil Dövlətlər Birliyinin Baş katibi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55