Braziliya Federal Konqresinin Nümayəndələr Palatasının deputatı, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Klaudio Kajadodan

09 fevral 2024, 11:32

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik etməkdən məmnunam. Seçkilərin demokratik, qanuni şəkildə keçirildiyini beynəlxalq müşahidəçilər, o cümlədən səsvermə prosesini izləyən Braziliya Federal Senatından iki həmkarım da təsdiq etdi. Sizin Azərbaycana rəhbərliyiniz dövründə ölkənin tərəqqisinin, iqtisadi və sosial inkişafının, müxtəlif sahələrdə qazanılan uğurların davamlı olacağına inanıram.

Braziliya Federal Konqresində parlamentlərarası dostluq qrupunun həmsədri olaraq ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın, eləcə də parlamentlərarası əlaqələrin dərinləşməsi üçün səylərimi əsirgəməyəcəm.

Sizi bir daha təbrik edirəm, cənab Prezident.

Hörmətlə,

 

Klaudio Kajado

Braziliya Federal Konqresinin Nümayəndələr Palatasının deputatı,

Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri

SƏNƏDLƏR Sərəncamlar 09 noyabr 2026
14:00
Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                            

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmət...

09 noyabr 2026, 14:00