18:40

Prezident İlham Əliyev Bərdədə çörək istehsalı müəssisəsinin açılışında iştirak etmişdir.
Məlumat verildi ki, “Qarabağ” çörək zavodu regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Bərdə şəhərinin mərkəzində ən müasir standartlar səviyyəsində tikilmişdir. Bu layihənin həyata keçirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılmışdır. Ümumi dəyəri 4 milyon manat olan çörək zavodunun yaradılması məqsədilə Fond tərəfindən 2,7 milyon manat güzəştli kredit verilmişdir. “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq tikilən çörək zavodu ən yüksək standartlara cavab verir. Zavodun tikintisinə 2011-ci ilin fevralında başlanılmışdır.
Müəssisənin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına dəstəyini əks etdirən fotostendlər qurulmuşdur.
Dövlət başçısı zavodun fəaliyyəti ilə bağlı filmə baxdı.
Qeyd olundu ki, eyni zamanda, zavodun xammal bazasının yaradılması üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan 680 min manat güzəştli kredit hesabına taxıl sahəsi, tutumu 10 min ton olan taxıl anbarı və gündəlik istehsal gücü 70 ton olan dəyirman kompleksi də inşa edilmişdir. Bu isə istehsal olunan çörəyin və un məmulatlarının maya dəyərinin aşağı olmasını şərtləndirir.
Prezident İlham Əliyev zavodda istehsal olunan hazır çörək məhsullarına baxdı.
Prezident İlham Əliyevə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Aran iqtisadi rayonunda verilən güzəştli kreditlər barədə də məlumat verildi.
Fondun icraçı direktoru Şirzad Abdullayev bildirdi ki, Aran iqtisadi rayonu üzrə 5 min 13 sahibkara 240 milyon manatadək, o cümlədən yeni texnologiyalara əsaslanan 63 layihəyə 135,4 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına reallaşdırılan layihələr 24 mindən çox yeni iş yeri açılmasına imkan yaratmışdır. Aran iqtisadi rayonunda 4340-dək sahibkara kiçik həcmli kredit verilmişdir. Yeni texnologiyalara əsaslanan 8 soyuducu və 7 taxıl anbarı, 4 quşçuluq fabriki, 1 heyvandarlıq kompleksi və 4 süd zavodu, 2 ət kəsimi fabriki, 2 istixana, 1 çörək zavodu, 2 üzümçülük və 3 bağçılıq təsərrüfatı, 3 meyvə-tərəvəz emalı, 2 tikinti materialları zavodu, 4 digər istehsal müəssisəsi olmaqla 43 müəssisə istifadəyə verilmişdir. Bu proses davam etdiriləcəkdir. Bərdə rayonu üzrə 872 sahibkara 32 milyon manatadək kredit verilmişdir. Bundan başqa, yeni texnologiyalara əsaslanan 10 layihəyə 17,8 milyon manat güzəştli kreditlər verilmişdir.
Azərbaycan Prezidentinə Aran iqtisadi rayonu üzrə dövlətin güzəştli kreditləri hesabına görüləcək işlər, o cümlədən müasir heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək və meyvə-tərəvəz emalı müəssisələrinin, soyuducu anbarların, iri taxılçılıq təsərrüfatlarının və digər prioritet sahələrin maliyyələşdiriləcəyi barədə də məlumat verildi.
Sonda xatirə şəkli çəkdirildi.
X X X
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax və Zərdab rayonlarında da səfərdə olmuş, bir sıra obyektlərin açılışlarında iştirak etmişdir.
Hörmətli konfrans iştirakçıları!
Bu gün Qlobal Cənubun həyatında vacib gündür. 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platforması...
28 aprel 2025, 10:08Hörmətli cənab Prezident.
Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak...
27 aprel 2025, 16:50Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
27 aprel 2025, 10:47Hörmətli cənab Prezident,
Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə...
27 aprel 2025, 10:45Aprelin 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik...
26 aprel 2025, 13:00