"Moskva Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti" Regional İctimai Təşkilatı sədri Bəxtiyar Həsənovdan, Moskva, Rusiya
Hörmətli cənab Prezident!
2024-cü il fevralın 7-də 30 ildən sonra Azərbaycanın bütün ərazilərində ilk dəfə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi Moskvada yaşayan bütün azərbaycanlılar, çoxsaylı diaspor üzvləri və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Biz fəxrlə qeyd edirik ki, Azərbaycan Sizin uzaqgörən və müdrik addımlarınız sayəsində torpaqlarımızın işğaldan azad olunmasına nail olub, həmçinin beynəlxalq arenada yüksək nüfuz qazanıb.
Biz şadıq ki, seçicilər namizədlər arasında ən düzgün seçimi edib. Bu seçkilərdə Azərbaycan xalqı dünya miqyaslı, nüfuzlu liderlərdən birini, güclü və iradəli şəxsiyyəti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun yüksək erudisiyalı məzununu, politologiya klassiklərinin dünya təcrübəsinə gözəl bələd olan, onların üsullarından praktikada bacarıqla istifadə edən, dünyanın bir çox aparıcı KİV-lərinin jurnalistləri ilə təkbətək informasiya bəhsinə tab gətirən, bir çox liderlərin düşüncələrini qabaqcadan proqnozlaşdıran və nəhayət, atanızın - adı tarixə qızıl hərflərlə yazılan Ümummilli Lider Heydər Əliyevin bütün planlarını və arzularını həyata keçirən layiqli oğlunu seçib.
Dərin düşünülmüş xarici və daxili siyasət, iqtisadiyyatın, sənayenin, ordunun, müdafiə qüdrətinin inkişafında müdrik addımlar, təbii ehtiyatlardan düzgün istifadə xalqı rifaha, ölkəni isə tərəqqiyə aparacaq.
Sizə ali vəzifənizdə dövlətin və çoxmillətli Azərbaycan xalqının rifahı naminə daha böyük uğurlar arzulayıram.
Cənab Prezident, Sizi əmin edirəm ki, biz bundan sonra yaşından, peşəsindən asılı olmayaraq bütün etnik azərbaycanlıları birləşdirən təşkilatın üzvləri Rusiya və Azərbaycan arasında iqtisadi, tərəfdaşlıq və humanitar əlaqələrin möhkəmlənməsi, eləcə də Azərbaycanın uğurlarının təbliğatı və tarixi Vətənimiz barədə reallıqları ictimaiyyətin diqqətinə çatdırmaq üçün bütün gücümüzü sərf edəcəyik.
Hörmətlə,
Həsənov Bəxtiyar, "Moskva Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti" Regional İctimai Təşkilatı sədri
Rusiya Federasiyası, Moskva şəhəri