Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

08 fevral 2024, 14:19

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu!

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin yenidən bu vəzifəyə seçilməyiniz Azərbaycan xalqı arasında malik olduğunuz böyük nüfuzu tam şəkildə təsdiqləyir. Əminəm ki, Sizin yüksək liderlik keyfiyyətləriniz Azərbaycan Respublikasının siyasi sabitliyinin qorunmasına və gələcək iqtisadi inkişafına töhfə verməkdə davam edəcəkdir.

Həştərxan vilayəti ilə Azərbaycan Respublikasını birləşdirən dostluq əlaqələrini yüksək qiymətləndirir, Sizə bizim regionla çoxplanlı qarşılıqlı faydalı əlaqələrin möhkəmlənməsinə göstərdiyiniz davamlı dəstəyə görə minnətdarlığımı bildirirəm.

Möhtərəm İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, səadət, əmin-amanlıq və Azərbaycan Respublikası naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm.

Dərin hörmətlə,

 

İqor Babuşkin

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55