İlham Əliyev Bərdədə əsaslı surətdə yenidən qurulmuş mərkəzi istirahət parkı ilə tanış olmuşdur

07 oktyabr 2012, 16:10
İlham Əliyev Bərdədə əsaslı surətdə yenidən qurulmuş mərkəzi istirahət parkı ilə tanış olmuşdur

Prezident İlham Əliyev Bərdədə əsaslı surətdə yenidən qurulmuş mərkəzi istirahət parkı ilə tanış olmuşdur.

Dövlət başçısına məlumat verildi ki, parkda tikinti işlərinə bu ilin martında başlanılmış, iyunda başa çatdırılmışdır. Ən yüksək standartlar səviyyəsində salınan parkın ərazisi iki hektardır. Parkda tikilmiş yay konsert səhnəsində açıq havada rayon əhəmiyyətli müxtəlif tədbirlər və mədəni proqramlar təşkil olunacaqdır.

Parkın ərazisindəki uşaq incəsənət məktəbinin fasadı yenidən qurulmuş, binanın qarşısında tanınmış musiqiçilərin heykəlləri qoyulmuşdur.

Prezident İlham Əliyev parkda yeni ucaldılmış dövlət bayrağına baxdı. Bayraq dirəyinin hündürlüyü 85 metrdir. Bu da dövlət bayrağının şəhərin hər yerindən görünməsinə şərait yaradır.

Ən müasir işıqlandırma sisteminin quraşdırıldığı parkda yeni fəvvarə inşa olunmuş, geniş yaşıllıq zolaqları salınmış, dekorativ ağac və bəzək kolları əkilmişdir. Burada bulaq kompleksləri yaradılmışdır. Parkda quraşdırılmış böyük monitorda kütləvi-mədəni tədbirlər zamanı müxtəlif videogörüntüləri izləmək mümkün olacaqdır.

Mərkəzi istirahət parkının ərazisində yerləşən Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyətinin, rəsm qalereyasının, Yeni Azərbaycan Partiyası rayon təşkilatının və şəhər bələdiyyəsinin binalarının fasadlarında yenidənqurma işləri aparılmışdır.

Parkda istirahət guşələri yaradılmış, 40-dan çox müasir oturacaq qoyulmuşdur.

Dövlət başçısına məlumat verildi ki, ətrafdakı binalarda əsaslı təmir işləri aparılmışdır. Parkın ətrafı milli memarlıq üslubunda tikilmiş 800 metr uzunluğunda hasarla əhatələnmişdir. Yaşıllaşdırılan ərazidə avtomatik suvarma sistemi quraşdırılmışdır.

Prezident İlham Əliyev burada yeni salınacaq Heydər Əliyev parkının layihə sənədləri ilə bağlı stendlərə baxdı.

Bildirildi ki, yaxın vaxtlarda şəhərin Heydər Əliyev prospektində, Tərtər çayının sahilində tikiləcək park 16 hektar ərazini əhatə edəcəkdir. Burada ulu öndər Heydər Əliyevin büstü qoyulacaqdır. Yeni parkda müasir fəvvarələr, əyləncə meydançaları yaradılacaq, yay konsert zalı və müxtəlif iaşə obyektləri tikiləcəkdir. Parkda istirahət üçün yüksək şərait yaradılacaqdır.

Sonra dövlətimizin başçısına 24 min nəfərdən çox əhalinin yaşadığı 14 kəndi birləşdirən Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolunun göstəriciləri barədə məlumat verildi.

Vurğulandı ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq indi rayonda əsas diqqət kənd yollarının abadlaşdırılmasına yönəldilmişdir. Azərbaycan Prezidentinin 2011-ci il 18 iyul tarixli Sərəncamı ilə bu yolun tikintisinə ötən ilin dövlət büdcəsində kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan vəsaitdən 4 milyon manat ayrılmışdır. Yolun tikintisinə ötən ilin sentyabrında başlanılmış və müasir tələblərə uyğun olaraq başa çatdırılmışdır.

Avtomobil yolunun ümumi uzunluğu 22 kilometr, eni çiyin hissələri ilə birlikdə 10 metrdir. Bu yolun istifadəyə verilməsi ilə Alpout və Nazırlı kəndləri arasında gediş-gəliş məsafəsi üç dəfə qısalmışdır.

Azərbaycan Prezidentinə yeni istifadəyə verilmiş “Qarabağ” Aqrar Sənaye Kompleksinin Bərdə ət emalı fabriki və soyuducu anbar kompleksi barədə də məlumat verildi.

Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq rayonun Mehdili kəndi ərazisində tərkibində illik istehsal gücü 5,4 min ton olan ət emalı fabriki və 5 min tonluq soyuducu anbar olan aqrar sənaye kompleksinin ümumi dəyəri 6,5 milyon manatdır. Bu layihəyə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4,5 milyon manat güzəştli kredit verilmişdir. Fabrikdə ilkin olaraq Bərdə və ətraf rayonlardan mal-qaranın alınması, sanitar-gigiyenik normalara əməl edilməklə kəsilməsi, doğranması və 10 çeşiddə qablaşdırılaraq istehlakçılara təqdim edilməsi mümkün olacaqdır. Soyuducu anbar kompleksi müəssisənin öz məhsulları ilə yanaşı, Bərdə və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların istehsal etdikləri meyvə-tərəvəz, ət və süd məhsullarının uzun müddət itkisiz saxlanmasına imkan yaradacaqdır. Ət emalı fabrikinin xammal bazasının yaradılması məqsədi ilə 3 min başlıq ətlik və südlük istiqamətli heyvandarlıq komplekslərinin tikinti işlərinə başlanılmışdır. Bu layihələrin maliyyələşdirilməsinə də Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9 milyon manatadək güzəştli kredit ayrılmışdır. Layihələrin icrası nəticəsində 250 nəfər işlə təmin olunmuşdur.

Görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin yüksək keyfiyyətlə və vaxtında başa çatdırılması üçün tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42