İlham Əliyev Yevlax-Xocalı-Laçın avtomobil yolunun Yevlax-Bərdə hissəsinin tikintisi başa çatmış 29 kilometrlik hissəsinin açılışında iştirak etmişdir

07 oktyabr 2012, 10:00
İlham Əliyev Yevlax-Xocalı-Laçın avtomobil yolunun Yevlax-Bərdə hissəsinin tikintisi başa çatmış 29 kilometrlik hissəsinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Yevlax-Xocalı-Laçın avtomobil yolunun Yevlax-Bərdə hissəsinin tikintisi başa çatmış 29 kilometrlik hissəsinin açılışında iştirak etmişdir.

Dövlət başçısı yolun texniki göstəricilərini, əvvəlki və sonrakı vəziyyətini, eləcə də 2013-cü ildə yenidən qurulması nəzərdə tutulan yollarla bağlı məlumatları əks etdirən stendlərə baxdı. 

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, Yevlax-Xocalı-Laçın yolunun Yevlax-Bərdə hissəsinin tikintisi başa çatmış 29 kilometrlik hissəsinin əhəmiyyəti bu yolun regional mahiyyət kəsb etməsindədir. Tərtər, Ağcabədi, Bərdə, Ağdam istiqamətində avtomobillərin rahat hərəkətinə imkan verən bu yol həmin zonalarda yaşayan insanların mənzil başına vaxtında və təhlükəsiz çatmalarına da imkan yaradır. 

Bildirildi ki, “Azəryolsevis” ASC-nin sifarişi əsasında inşa olunmuş yolun birinci texniki dərəcəli hissəsinin uzunluğu 6,4 kilometr, eni 15-20 metrdir. Yolun ikinci dərəcəli texniki hissəsinin uzunluğu 22,6 kilometr, eni 9 metrdir. Yolda texniki dərəcələrə müvafiq olaraq hərəkət zolaqlarının sayı 4-2 nisbətində dəyişir. Asfalt-beton örtüklü yol üzərində iki körpü yenidən qurulmuşdur. Ümumilikdə yolda 160 min ton asfalt-beton örtüyündən istifadə edilmişdir.

Diqqətə çatdırıldı ki, hazırda Bərdə-İstisu avtomobul yolunun Bərdə-Tərtər hissəsinin tikintisi davam etdirilir. Səksən min ton asfalt-beton örtüyündən istifadə olunacaq yolun uzunluğu 18 kilometrdir. İkinci texniki dərəcəli yolda tikinti işlərinin bu ilin noyabrında başa çatdırılması nəzərdə tutulmuşdur. 

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. 

Prezident İlham Əliyev yeni yolun yüksək səviyyədə inşasından razılığını bildirdi. 

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 13 may 2025
16:59
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi...

13 may 2025, 16:59
SƏNƏDLƏR Sərəncamlar 13 may 2025
16:57
B.V.Əhmədovun Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsini rəhbər tutaraq qərara alıram:

1. Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin...

13 may 2025, 16:57
SƏNƏDLƏR Sərəncamlar 12 may 2025
15:27
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29...

12 may 2025, 15:27
SƏNƏDLƏR Fərmanlar 12 may 2025
15:25
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

12 may 2025, 15:25
SƏNƏDLƏR Qanunlar 12 may 2025
15:23
“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

12 may 2025, 15:23