13:25

Prezident İlham Əliyev Uruqvay Şərq Respublikası Nümayəndələr Palatasının xarici əlaqələr daimi komissiyasının sədri, Uruqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Mario Jaime Trobonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı Uruqvay Şərq Respublikasından böyük nümayəndə heyətinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini qeyd etdi. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf dövrünü yaşadığını vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin daha da genişləndirilməsi üçün əlavə tədbirlər görməyin zəruriliyini bildirdi. Azərbaycan ilə Uruqvay arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı daha da möhkəmləndirməyin vacibliyini qeyd edən dövlət başçısı münasibətlərimizin genişlənməsində parlamentlərarası əlaqələrin böyük əhəmiyyət kəsb etdiyini dedi. İkitərəfli münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu olacağına və əlaqələrimizin genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
Uruqvay Şərq Respublikası Nümayəndələr Palatasının xarici əlaqələr daimi komissiyasının sədri, Uruqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Mario Jaime Trobo nümayəndə heyəti üzvlərini dövlətimizin başçısına təqdim etdi. O, böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etməsini Uruqvayın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə olan marağının göstəricisi kimi dəyərləndirdi və əlaqələrimizin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu dedi.
Sonda xatirə şəkli çəkdirildi.


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilsin. ...
19 noyabr 2026, 10:03Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyət...
19 noyabr 2026, 10:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsi...
19 noyabr 2026, 10:01Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...
18 noyabr 2026, 14:24Hörmətli cənab Prezident,
Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Latviya əlaqələrinin inkişafı...
18 noyabr 2026, 14:02Əlahəzrət,
Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali d...
18 noyabr 2026, 14:00
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...
17 noyabr 2026, 15:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...
17 noyabr 2026, 15:44Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...
17 noyabr 2026, 15:43