İlham Əliyev Argentinanın Deputatlar Palatasının Azərbaycan-Argentina dostluq qrupunun rəhbəri Roberto Mario Mouilleron ilə görüşmüşdür

04 oktyabr 2012, 15:45
İlham Əliyev Argentinanın Deputatlar Palatasının Azərbaycan-Argentina dostluq qrupunun rəhbəri Roberto Mario Mouilleron ilə görüşmüşdür

Prezident İlham Əliyev Argentina Respublikasının Deputatlar Palatasının Azərbaycan-Argentina dostluq qrupunun rəhbəri Roberto Mario Mouilleronun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 

Görüşdə Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun əhəmiyyəti qeyd edildi, forumun dünyada beynəlxalq humanitar əməkdaşlığın inkişafına töhfə verəcəyi bildirildi. Son illərdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə inkişaf etdiyinin qeyd olunduğu görüşdə parlamentlərarası əməkdaşlığın önəmi vurğulandı, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyi bildirildi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55