25 yanvar 2024, 10:05

Çingiz Əliyevdən, Tuva Respublikası, Rusiya

Hörmətli cənab Ali Baş Komandan.

Sizin yüksək siyasi bacarığınız, həyata keçirdiyiniz düşünülmüş strategiya nəticəsində Azərbaycan dünyada dinamik inkişafı ilə tanınan dövlətə çevrilib. Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu çoxşaxəli əməli fəaliyyətinizlə sübut etmisiniz. Buna görə də hazırda dünya azərbaycanlıları Sizin ətrafınızda bir yumruq kimi birləşib. Ali Baş Komandan olaraq Sizin və Azərbaycanın rəşadətli Ordusunun sayəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsindən hər birimiz fərəh hissi duyuruq.

Rusiya Federasiyasının Tuva Respublikasında yaşayan soydaşlarımız birlik nümayiş etdirərək 7 fevral prezident seçkilərində Sizin namizəliyinizi dəstəkləyəcəklər. Dünya azərbaycanlılarına Zəfər sevincini yaşadan Prezident kimi Sizə minnətdarlığımızı və dərin təşəkkürümüzü bildiririk.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə yüksək zirvələr, qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayırıq.

Sizinlə fəxr edirik! Tanrı Sizi qorusun!

Hörmətlə,

Əliyev Çingiz, Rusiya Federasiyasının Tuva Respublikasının paytaxtı Kızıl şəhərinin deputatı, Tuva Karate Federasiyasının prezidenti, Tuva Azərbaycan Cəmiyyətinin sədri

Rusiya Federasiyası, Tuva Respublikası, Kızıl şəhəri.