24 yanvar 2024, 19:00

Ramiz Məmmədovdan, Leninaqorsk, Tatarıstan

Hörmətli cənab Prezident,

Tatarıstanın Leninoqorsk vilayətindəki “Birlik” Azərbaycan Milli Mədəni Muxtariyyətinin Yerli İctimai Təşkilatının üzvləri adından qarşıdan gələn prezident seçkilərində Sizə dəstəklədiyimizi bildirirəm.

Siz atanızın - müdrik siyasi Lider Heydər Əliyevin layiqli davamçısı kimi yürütdüyünüz uzaqgörən daxili və xarici siyasətlə təkcə ölkəmizin vətəndaşlarının deyil, həm də yaşayış yerindən asılı olmayaraq bütün dünya azərbaycanlılarının rəğbətini qazanmısınız.

Vətən müharibəsində parlaq Qələbə qazanan Azərbaycan işğala son qoydu. Sizin müdrik rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusunun Qələbəsi sayəsində haqq-ədalət bərpa olundu və Qarabağ torpaqları geri qaytarıldı. Hazırda bu bölgəyə həyat qayıdır, yeni yaşayış, sosial, mədəni və digər infrastruktur obyektləri tikilir.

Hörmətli cənab Prezident, Tatarıstan Respublikasının Leninoqorsk vilayətinin Azərbaycan diasporu Sizin siyasi fəaliyyətinizi böyük qürur və razılıqla izləyir və fevralın 7-də keçiriləcək Prezident seçkilərində namizədliyinizi tam dəstəkləyir!

Cənab Prezident, Sizə möhkəm cansağlığı və ən xoş arzularımızı çatdırırıq!

Yaşasın Azərbaycan!

Hörmətlə,

Məmmədov Ramiz Mustafa oğlu,

Rusiya Federasiyası, Tatarıstan Respublikası, Leninaqorsk vilayəti, Leninaqorsk şəhəri.